Rusiyalı ekspertlər: “ABŞ-İran müharibəsi Qarabağın Azərbaycana qaytarılmasına gətirib çıxaracq”

Rusiyalı ekspertlər: “ABŞ-İran müharibəsi Qarabağın Azərbaycana qaytarılmasına gətirib çıxaracq”

Qərblə İran arasında nüvə proqramları ətrafında hər gün artmaqda olan gərginlik dünyanın əsas müzakirə mövzusu olaraq qalır. Eyni zamanda Hörmüzdə Amerika-İran arasında başlaya biləcək müharibə fonunda Qafqaz siyasətçiləri Dağlıq Qarabağ müharibəsinin gələcək perspektivlərini artıq müzakirə etməyə başlayıblar. SİA-nın xəbərinə görə, siyasi şərhçi Andrey Raevskiy hesab edir ki, müharibənin başlanmasını rəsmi Bakı üçün müsbət hal kimi dəyərləndirmək lazımdır. Çünki, İranın müharibədə məğlubiyyəti Ermənistanın bölgədə böyük tərəfdaşını itirməsinə o cümlədən Cənubi Azərbaycanın İrandan ayrılması Ermənistanın məğlubiyətinin qaçılmaz edəcək. Eyni zamanda İranda baş verə biləcək hadisələr fonunda millionlarla insan Azərbaycana gələ bilər.

Politoloq həmçinin 23 yanvar tarixində ABŞ-la İran arasında müharibə təhlükəsinin pik həddinə çatacığını bildirib: " Fikrimcə bu gün Avropa İttifaqı İrandan neft ixracını çətinləşdirən yeni sanksiyalar barədə qərarı qəbul edəcək, Fransa Senatı qondarma "erməni soqırımı" barədə qanun qəbul edəcək sonuncu isə Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin Soçi görüşü baş tutacaq. Birimci faktor ABŞ-ın təkidi ilə baş tutacaq. Ikinci məsələ isə tam aydınıdr. Erməni disporasını güclü təsiri nəticəsində reallaşcaq. Prezidentlərin görüşünə gəlincə ciddi nəticə əldə olunmayacaq. Çünki, Hörmüzdə başlanacaq müharibə bütün diqqəti bölgənini gələcək perspektivlərinə yönəldəcək".

Digər rusiyalı ekspert, Rusiya Elmlər Akademiyası Orta Asiya və Qafqaz Mərkəzinin əməkdaşı Andrey Areşev isə hesab edir ki, Qarabağda müharibənin başlamasına İrana müdaxilə səbəb olacaq. Onun fikrincə, İrana müdaxilədən sonra bölgədəki vəziyyət radikal şəkildə dəyişəcək. Orta Asiya respublikaları, habelə Azərbaycan Qərbə meyl edəcək. Gürcüstan NATO-ya daxil olacaq, Ermənistan Rusiyadan qopmuş vəziyyətə düşəcək və məcbur olub Qarabağı Azərbaycana qaytaracaq.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Qafqaz və Orta Asiya üzrə tədqiqatçısı Aleksandr Skakov da bu fikirdədir ki, Qarabağda yeni müharibə tamamilə realdır. Problemin həlli yolunu heç kim tapa bilmir və ümumən Qafqaz regionunda vəziyyət gərginləşir: "2012-ci il üçün proqnozlar kifayət qədər pessimistdir. O cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı. Münaqişə ətrafında gərginliyin artması davam edəcək və danışıqlar prosesində hər hansı irəliləyiş əldə olunmayacaq, öz növbəsində hərbi əməliyyatların başlaması riski artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə