Yeni Azərbaycan Partiyasının saytı hakerlərin hücumuna məruz qalıb
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytı (yap.org.az) haker hücumuna məruz qalıb. SİA-nın xəbərinə görə, haker hücumunun haradan olunduğu araşdırılır və saytın bərpa olunması prosesi gedir.
Eyni zamanda Azərbaycan Konstitusiya Məhkəməsinin rəsmi saytı da (www.constcourt.gov.az) haker hücumuna məruz qalıb. Bundan başqa bir qədər əvvəl Rabiyə və İnformasiya Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin (http://rabita.az) saytı da xakerlər tərəfindən dağıdılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB