\"Gənclik\" metrostansiyası ərazisindəki tıxacların qarşısı necə alınacaq?-ARAŞDIRMA
Bakı yollarında tikinti tam sürəti ilə davam edir. Tıxacların qarşısını almaq üçün "Gənclik" metrostansiyası yaxınlığında yeni tunel kompleksi tikilir. SİA-nın xəbərinə görə, nəqliyyatın intensivliyi ilə seçilən paytaxtın "Gənclik" metrostansiyası yanında, daha dəqiq "Qələbə" meydanında "Akkord" şirkəti çoxistiqamətli tunel kompleksinin inşasına start verib. Kompleksə 6 tunel, 2 yeraltı keçid, həmçinin metronun "Gənclik" stansiyasının əlavə 2 çıxışının tikintisi daxildir. 2 ilə tam başa çatdırılması nəzərdə tutulan körpü, bir çox küçə və prospektləri birləşdirəcək.
Layihədə Atatürk və Vaqif prospektlərinin birləşdirilməsi, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulub. Əlavə olaraq, Təbriz küçəsindən qalxan maşınlar "Gənclik" dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şossesinə çıxa biləcək. Vaqif prospektindən gələn maşınlar isə Fətəlixan Xoyski prospektinin altından keçərək, Atatürk prospektinə çıxacaq.
Ərazidəki iş icraçısı Xalid Müslümov bildirib ki, hazırda artıq tikintinin 70 faizi yerinə yetirilib və tamamlanma işləri gedir. Onun sözlərinə sözlərinə görə, işlər başa çatandan sonra bu ərazilərdə heç bir tıxac problemi olmayacaq: "İşçilər hazırda yol keçidinin şkaf divarının yığılması ilə məşğuldurlar. Hazırda tunelin armaturlanma prosesi gedir, alt hissəsini betonladıqdan sonra üst hissəsinə keçiləcək. O bildirib ki, aşağı hissədə qazma işləri gedir və bankalar qoyulacaq. Gələcəkdə maşınların bir-birinə maneə olmaması üçün tunel inşa olunur. Hazırda işıqfor əlaqəli işləyir, lakin tikikinti işləri başa çatandan sonra üst yolla gedənlər tunellə gedənlərə mane olmayacaq. Hazırda prosesin tamamlanma işləri gedir".
Layihənin 2 il ərzində tamamlanması nəzərdə tutulur. Bu layihə "Gənclik" dairəsinin boşaldılmasına, ərazidə avtomobillərin maneəsiz və işıqforsuz hərəkətinin təmininə nail olacaq. Tunellərin üzərində isə istirahət parkı salınacaq.
Qeyd edək ki, tikinti işləri ilə əlaqədar, "Qələbə" meydanı istiqamətində maşınların sıxlığı qeyd olunur. Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi bununla bağlı alternativ yollardan istifadə etməyi məsləhət görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB