Şimal rayonlarının polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına başçəkmələr olub

Şimal rayonlarının polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına başçəkmələr olub

Bu günlərdə Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmi qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları Xızı, Siyəzən və Şabran rayonları polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına başçəkmələr həyata keçiriblər. SİA-nın xəbərinə görə, qrupun üzvləri başçəkmə zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib.

MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə