Gənclər və İdman Nazirliyi müsabiqə elan edib

Gənclər və İdman Nazirliyi müsabiqə elan edib

Gənclər və İdman Nazirliyi Gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir. SİA-nın xəbərinə görə, layihələr gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak, gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi və digər sahələri əhatə edəcək.

Layihənin yazılış formasını və layihənin büdcəsinin hazırlanmasına dair təlimatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən (www.mys.gov.az) və ya aşağıdakı ünvana müraciət etməklə əldə edə bilərsiniz. Layihələr 2012-ci ilin yanvar ayının 16-dan fevral ayının 16-dək Nazirliyin Ekspert – Məsləhət Şurasına çap və CD diskdə elektron formada təqdim olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə