ATİ-nin rektoru Azərbaycanı Beynəlxalq Turizm Sərgisində təmsil edəcək
Yanvar 17-də İspaniyanın paytaxtı Madrid şəhərində Turizm Xidmətlərinin Forumu keçiriləcək. "Turizm iqtisadi inkişaf və məşğuliyyətin aparıcı qüvvəsi kimi: rəqabət qabiliyyətinin aparılması siyasəti" mövzusunda forum keçiriləcək. SİA-nın xəbərinə görə, həsr olunan forumun işində dünyanın onlarla nüfuzlu və aparıcı təşkilat təmsilçilərinin iştirakı nəzərdə tutulub.
Ümumdünya Turizm Təşkilatının qoşulmuş üzvü statuslu Azərbaycan Turizm İnstitutunu ali təhsil ocağının rektoru Cəfər Cəfərov təmsil edəcək. Azərbaycan nümayəndə heyətinin səfər proqramında yanvarın 18-dən 22-ə kimi fəaliyyət göstərəcək FİTUR Beynəlxalq Turizm Sərgisində iştirak, eyi zamanda Ümumdünya Turizm Təşkilatının nümayəndələri, İspaniyanın aparıcı turizm müəssisələrinin və Turizmin Keyfiyyəti Institutu rəhbərləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB