Şirvan şəhərində 3 qız uşağı dünyaya gəlib. SİA-nın Aran bürosunun məlumatına görə, Əjdaha ilində respublikamızda ikinci üçəm dünyaya gəlib. Şirvan şəhər sakini Şahbazova Günel Lazım qızı 3 qız uşağı dünyaya gətirib. Günel Şahbazovanın ilk övladı qız olduğu üçün artıq bu say 4-ə çatıb. Hal-hazırda dünyaya gələn üçəmlərin böyük bacılarının 2 yaşı tamam olacaq.
Şirvan ŞMX nın doğum şöbəsinin baş həkimi Sevdaxanım Həsənova bildirib ki, 85 çarpayılıq doğum evi Şirvan şəhər sakinlərinə o cümlədən ətraf rayonlarda yaşayan analara xidmət göstərir. 13 yanvar 2012-ci il tarixdə doğum evində Şirvan şəhər sakini Şahbazova Günel Lazım qızı 3 uşaq dünyaya gətirdi. Hər birinin ayrılıqda çəkisi 1 kq 500 qram, 1 kq 930 qram, 2 kq 230 qramdır. Uşaqların durumu normal haldadır. Ana da özünü yaxşı hiss edir. Bu əkizlər təbii doğuşla, təbii yolla azad olublar.
3 uşağı dünyaya gətirən ana Günel Şahbazova evdə bir qız uşaqının olduğu və 3 qız uşaqının da dünyaya gəlməsini bildirərək yoldaşının işləməməsini, eyni zamanda evlərinin darısqal olduğunu dövlətin nəzərə almasını xahiş etdi.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB