İmişlidə “Azərbaycanda missionerlik fəaliyyəti” mövzusunda seminar-treninq keçirilib
İmişli şəhərində "Azərbaycanda missionerlik fəaliyyəti" mövzusunda seminar-treninq keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, qurumun Qarabağ şöbəsinin İmişli Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə dini icmaların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Təlim məşğələsində çıxış edən rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini S.Məhərrəmov bildirib ki, ölkəmizdə mövcud olan tolerantlıq və dini dözümlülük daha da möhkəmlənib, dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Milli mənəvi dəyərlərin qorunub saxlanmasını və inkişaf etdirilməsini müstəqilliyimizin bizə bəxş etdiyi ən böyük uğurlardan biri kimi qiymətləndirən S.Məhərrəmov ölkəmizdə insan hüquq və azadlıqlarının tam təmin olunduğunu, dini ayin və mərasimlərinin yerinə yetirilməsinə qoyulmuş qadağa və məhdudiyyətlərin aradan qaldırıldığını diqqətə çatdırıb.
Seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İcra Aparatının rəhbəri Səfalı Nəzərli, Komitənin Qarabağ şöbəsinin müdiri Əlizadə Nəcəfov, rayon ağsaqqallar şurasının sədri Mirələkbər Həsənov, dindarlar, ziyalıların mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB