Bu gündən etibarən İranın \"Kish Air\" aviaşirkəti Təbriz-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysini həyata keçirməyə başlayacaq. Heydər Əliyev Beynəlxalq Hava Limanından SİA-ya verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlar hər həftənin II və VI günlər yerinə yetiriləcək.
Bakıdan Təbrizə uçuş saat 18:45-də, Təbrizdən Bakıya isə saat 16:30-da həyata keçiriləcək. Bakı-Təbriz marşrutuna bir aviabiletin qiyməti 89 manat, hər iki istiqamətə isə 175 manat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB