Komitə: “Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30-dan çox cinayətkar dəstə zərərsizləşdirilib”
Son 5 ildə qanunsuz dövriyyədən götürülmüş narkotiklər içərisində güclü təsirli və daha təhlükəli heroinin xüsusi çəkisinin əvvəlki beş illə müqayisədə kəskin şəkildə artaraq 203 kq 666 qram təşkil etməsi ciddi narahatlıq doğurur.
SİA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) rəsmi saytına müsahibəsində Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı bildirib. Onun fikrincə, narkoqaçaqmalçılıq faktları üzrə 531 nəfər şübhəli şəxs qismində cəlb edilib ki, onlardan da 70 nəfərini, başqa sözlə, 13 faizdən çoxunu qadınlar təşkil edib. Belə ki, 2009-2011-ci illərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30-dan çox cinayətkar dəstə aşkar olunaraq zərərsizləşdirilib. Narkokuryer qismində qadınlardan və hətta azyaşlı uşaqlardan istifadə hallarının çoxalması ciddi narahatçılıq doğurur.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilənlər əsasən Azərbaycan və İran vətəndaşları olub. Bununla yanaşı, onların arasında həm də Rusiyanın, Gürcüstanın, Özbəkistanın, Türkiyənin, Litvanın, Ukraynanın, Nigeriyanın, Qananın və digər Afrika ölkələrinin, hətta Kambocanın vətəndaşlarına da rast gəlmək olar. Aşkar olunan faktların təhlili son illər transmilli və mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığını göstərir. Belə ki, 2009-2011-ci illərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30-dan çox cinayətkar dəstə aşkar olunaraq zərərsizləşdirilib.
2007-2011-ci illərdə aşkar olunan faktların və daxil olmuş əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların İran-Azərbaycan-Rusiya marşrutu ilə yanaşı, ölkə ərazisindən istifadə etməklə Çin, Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrə də narkotik ötürülməsində istifadəyə cəhd göstərdiklərini təsdiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB