Respublikanın şimal bölgəsini rəqəmli televiziya ilə təmin etmək üçün Quba rayonunda 75 metr hündürlüyündə yeni televiziya qülləsi tikilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-nın Şimal bürosuna verilən məlumata görə, bölgədə rəqəmli yayım artıq reallaşıb. Şimal rayonlarından Quba-Qusar-Xaçmaz-Yalama və Nabran zonasına rəqəmsal tezlik artıq yayımdadır.
Quba-Xaçmaz Radio Televiziya Yayım sahəsinin rəisi Hüseyn Əmirov bildirib ki, hansı televiziyalarda rəqəmli birbaşa qəbul edirsə rəqəmli tezliyi birbaşa paket şəklində qəbul edəcək. Köhnə televizorlarda isə dekoderlərə ehtiyac olacağını bildirib.
Gələn ilin sonunadək bütün respublika ərazisi rəqəmli televiziyanın əhatə dairəsinə qatılacaq. Hazırda rəqəmli televiziya yayımı Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan və Leriki əhatə edir. Belə ki, yeniliyin tətbiqi ilə vətəndaşların avtomobillərində də televiziya kanallarına baxması mümkün olacaq.
Azərbaycanın Şimal bölgəsində 10 televiziya artıq rəqəmsal yayıma keçib. Bunlardan 9 televiziya paytaxtdan yayımlanan televiziyalardır, biri isə Türkiyənin dövlət televiziyasıdır.
Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB