Azərbaycan Respublikası gömrük orqanları 2007-2011-ci illər ərzində 1020 cinayət xarakterli 47621 hüquqpozma faktı aşkar edib. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, həmin faktlar üzrə təhqiqat və istintaqın aparılması və təqsirkarların müvafiq məsuliyyətə cəlb olunması təmin olunub. Son beş ildə hüquqpozma faktları üzrə milyon manatlarla dəyəri olan qaçaqmalçılıq əşyaları: o cümlədən 1 984 630 ABŞ dolları, 26 269 637 rus rublu, 213 100 avro, külli miqdarda qızıl, gümüş və digər valyuta sərvətləri, 6 ədəd odlu silah, 43 kq 515 qram civə, 6898 mobil telefon, 163 kq balıq kürüsu, 10 606 243 ədəd siqaret, 524 litr spirt, 48 504 ədəd spirtli içki və külli miqdarda digər mallar tutulub, inzibati xəta törətmiş şəxslərə qarşı 6 434 650 manat cərimə tətbiq edilib, onlardan götürülmüş 1 525 677 manat dəyərində mallar müsadirə edilib, dəyəri milyon manatlarla ölçülən gömrük ödənişlərinin dövlət büdcəsindən yayındırılmasının qarşısı alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB