“Təhlükəsiz Yol” dəyimi masa keçirəcək

“Təhlükəsiz Yol” dəyimi masa keçirəcək

Bu ilin əvvəllərində 12 qeyri-hökumət təşkilatından ibarət "Təhlükəsiz Yol" Alyansı yaradılıb. SİA-nın xəbərinə görə, alyansın yaradılmasında məqsəd ölkədə sürətlə artan yol qəzalarının, çoxsaylı vətəndaşlarımızın yol qəzası qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində vətəndaş cəmiyyəti təmsilçiləri olaraq layihələr icra etməklə belə bir ciddi problemin həlli istiqamətində əsaslı işlər görməkdir. Alyans ölkədə yol mədəniyyətinin formalaşdırılması, habelə bu sahəyə məsul dövlət qurumlarının məsuliyyətinin artırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətlərində silsilə layihələrin icra edilməsini planlaşdırır.

Yanvarın 17-də "Təhlükəsiz Yol" "Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu" mövzusunda dəyimi masa keçirəcək. Tədbirdə dövlət qurumları və ictimai sektor nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə