Əflatun Amaşov: “BBC-nin Azərbaycanla bağlı yaydığı materiallarda qərəzlilik var”
\"BBC-nin Bakı bürosunun Azərbaycanda yenidən fəaliyyəti BBC televiziyası ilə Azərbaycan hökumətindən asılıdır. Əgər hər iki tərəf arasında müəyyən müqavilələr əsasında razılaşma əldə olunarsa, bu mümkündür\". Bunu SəsTV-yə eksklüziv müsahibəsində Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib: "Bu sənəddə müəyyən olunacaq ki, hansı şərtlər əsasında BBC televiziyasının Azərbaycanda fəaliyyəti realdır".
Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Qərb mətbuatında, xüsusilə BBC televiziyasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına gəlincə şura sədri bildirdi ki, Avropa Yayım Birliyi bununla bağlı öz açıqlamasını verib: "Bu Yayım Birliyi Avropada kifayət qədər böyük nüfuza malikdir. Ümid edilir ki, BBC televiziyası Avropa Yayım Birliyinin ona qarşı olan tövsiyələrindən nəticə çıxaracaq. Hesab edirəm ki, BBC-nin Azərbaycanla bağlı yaydığı materiallarda müəyyən qərəzlilik mövcuddur", -deyə Əflatun Amaşov sözlərinə əlavə edib.
Qeyd edək ki, Avropa Yayım Birliyi yayılan bu qarayaxma kampaniyası ilə əlaqədar BBC-yə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB