Əli Əhmədov: “İncəsənət işçiləri dövlət başçısının həyata keçirdiyi siyasətin fəal iştirakçılarıdır” - AÇIQLAMA
\"Sənətçilərin Yeni Azərbaycan Partiyası sıralarına qəbul olma haqqında çox əhəmiyyətli qərarları Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin hakim partiyaya olan etimadının ifadəsidir\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.
İcra katibi bildirib ki, bu qərarları ilə onlar ölkədə həyata keçirilən prezident siyasətini və bütövlükdə Azərbaycan prezidentini dərindən və qətiyyətlə dəstəklədiklərini bir daha ifadə etmiş oldular. Ə.Əhmədovun sözlərinə görə, incəsənət işçiləri əslində dövlət başçısının həyata keçirdiyi siyasətin fəal iştirakçılarıdır.
"Azərbaycan prezidentinin, bütövlükdə ölkənin bütün sahələrinin inkişaf etdirməyə yönəlmiş siyasətinin çox vacib istiqamətlərindən biri Azərbaycanda mədəniyyət və incəsənəti yüksəltməkdən ibarətdir. Dövlətin mədəniyyət və incəsənətin inkişafına qayğısı eyni zamanda, bu sahədə çalışan insanlara qayğı şəklində özünü göstərir. Onların yaradıcılığı üçün hər bir imkanın yaradılması, təmin edilməsi mədəniyyət ocaqlarının yenişləşdirilməsi bütövlükdə, bu qayğının ayrı-ayrı nümunələridir. Bütün bu diqqət və qayğıya görə mədəniyyət və incəsənət xadimləri də dəyərli insanların simasında prezidentin həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Bu, bütövlükdə Azərbaycan cəmiyyətinin seçiminin bir daha aydın şəkildə vurğulanması və ifadə edilməsidir",- deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB