Məhsəti qəsəbəsinin sakinlərini gözləyən təhlükə - FOTO

Məhsəti qəsəbəsinin sakinlərini gözləyən təhlükə - FOTO

Gəncənin Məhsəti qəsəbəsinin sakinləri küçə itlərinin \"əlində\" qalıb. Əhali artıq gecələr bayıra çıxmağa belə qorxur. Problemlə yerində tanış olmaq üçün Gəncə Təmizlik İdarəsinin müvafiq əməkdaşı ilə əraziyə yollandıq. Elə qurum rəsmisi də əhalinin haqlı narazılığının şahidi oldu. Vətəndaşların SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, sahibsiz itlər dəfələrlə burada yaşayan sakinlərə hücum edib. Bəzi şəxslər hətta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Üstəlik dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, görülən tədbirlər istənilən nəticəni verməyib.

Rəsmi statistikaya əsasən təkcə ötən bir il ərzində təxminən 4 mindən artıq sahibsiz it məhv edilib. Vəziyyətin ciddiliyi nəzərə alınaraq hətta ətraf rayonlardan belə kömək göndərilib. Ancaq göründüyü kimi problemi tam şəkildə aradan qaldırmaq mümkün olmayıb.

İndi vətəndaşlar çıxılmaz vəziyyətdədir. Uşaqlar valideynlərinin nəzarəti altında məktəbə gedirlər. Vəziyyət isə qış aylarında daha da təhlükə həddə çatıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə