Bakıdan sonra ölkəmizin ən hündür üçrəngli bayrağı Gəncənin səmalarında dalğalanacaq. Artıq Dövlət Bayrağı Meydanının tamamlanması işi sürətləndirilib. Gəncə şəhər Memarlıq İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, meydanın ümumi sahəsi təxminən 3 min kvadratmetr olacaq. Bayrağın dirəyinin hündürlüyü isə 100 metrdir. Bundan əlavə, ərazidə dövlət gerbi, himnimizin sözləri əks olunacaq. Açıq səma altında bayraq muzeyi yaradılacaq.
Aparılan quruculuq və abadlıq tədbirləri ilə yanaşı, şəhərin küçə və prospektlərində qanunsuz tikililərin sökülməsi də davam edir. Bəzi məhəlləarası avtomobil yollarına asfalt örtüyü salınır. Bundan əlavə uşaqlar üçün əyləncə parkları yaradılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB