ADU dosentinin müəllifi olduğu danışıq kitabçası çapdan çıxıb

ADU dosentinin müəllifi olduğu danışıq kitabçası çapdan çıxıb

Azərbaycan Dillər Universitetinin (ADU) Praktik fransız dili kafedrasının dosenti Səyyarə Nəcəfovanın Azərbaycanca – Fransızca danışıq kitabçası çapdan çıxıb. ADU Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, geniş oxucu kütləsinə təqdim olunan bu danışıq kitabçası həm Fransaya, həm frankafoniya ölkələrinə işgüzar səfərə, ezamiyyətə gedən şəxslər, qonaqlar və turistlər üçün nəzərdə tutulub. Şifahi xalq vərdişlərini inkişaf etdirmək məqsədilə şagirdlər, texnikum, ali məktəb tələbələri, həmçinin fransız dilini tamamilə bilməyən, bu dili öyrənən və öyrənmək istəyən şəxslər bu vəsaitdən faydalana bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə