Samurda aksiya keçirilib

Son günlər Rusiyadan Azərbaycana hər hansı bir sənədi olmayan ərzaq məhsullarının, tütün məmulatları və spirtli içkilərin gətirilməsində fəallıq müşahidə olunur. Bu xırda bizneslə məşğul olan insanların keçid məntəqəsində saatlarla ləngiməsinə, həmin malları ölkəyə buraxılmamasına səbəb olur. Belə ki, Rus-Azərbaycan sərhədində yerləşən Samur gömrük postunda fəallıq olub.

Mütəmadi olaraq qonşu ölkədən müxtəlif ərzaq məhsulları, spirtli içkilər və siqaretlər gətirən şəxslər bir neçə gündür mallarının keçid məntəqəsində saxlanmasından narazılıq edirlər. Ərzaq məhsullarının mənşəyi məlum olmadığına görə gömrükçülər tərəfindən saxlanılıb.

Samur gömrük postunun rəisi Hüseyn Məsumov piyada keçid xəttində həmin insanların qarşısına çıxaraq ölkəyə keyfiyyət sertifikatı olmayan, mənşəyi bilinməyən məhsulların gətirilməməsini onların diqqətinə çatdırıb. Xırda bizneslə məşğul olan Azərbaycan vətəndaşları isə keçid məntəqəsində, onlara qoyulan tələblərlə razı olmasalar da ölkəyə sənədsiz mal gətirmələrini etiraf etdilər.

Samur gömrük postunun rəisi Hüseyn Məsumov isə, bu insanların dedikləri ilə razılaşmır. Onun sözlərinə görə, bu qadınlar hərəsi gün ərzində ən azi 5-10 dəfə neytral zonada qoyduqları sənədsiz malları ölkəyə keçirməyə cəhd edir. Hüseyn Məsimov konkret olaraq, bu qadınların öz bədənlərində gizli yolla hansı malı gətirdiklərini açıqladı. "Əsasən süd və süd məhsullarıdı, spirtli içkilər və siqaretləri qadınlar bədənlərində gizli yolla gətirirlər. Burda narkotik üçün istifadə olunan maddələri də qeyd etmək lazımdır"

Hüseyn Məsumov­­­­ hər hansı sənədi olmayan malların ölkəyə gətirilməsinə qarşı mübarizə tədbirlərinin mütamadi aparılacağını dedi və əlavə etdi ki, saxlanılan mallar dövlət gömrük komitəsinə göndəriləcək.

Emin Kərimov.


Bütün xəbərlər Facebook səhifəmizdə