Ötən ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 475,1 milyon manat təşkil edib. Vergi daxilolmalarının 39,0 faizi mənfəət vergisinin, 25,4 faizi əlavə dəyər vergisinin, 13,1 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,6 faizi aksizlərin, 14,9 faizi isə digər vergilərin payına düşür. Nazirlikdən SİA-ya daxil olan məlumata görə, qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 873,9 milyon manat vəsait daxil olub ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 22 faiz faiz çoxdur.
İl ərzində respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 67 376 olub. 2011-ci ilin iyul ayının 1-dən etibarən fiziki şəxslərin elektron qaydada qeydiyyatına başlanılmış, ilin sonunadək 10 075 nəfər bu xidmətdən istifadə edərək qeydiyyata alınıb. 1 yanvar 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 420 380 nəfərdir.
2011-ci il ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,5 faiz təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB