Təbriz-Bakı-Təbriz marşrutu üzrə sərnişin təyyarəsinin birinci reysi yanvarın 14-də həyata keçiriləcək. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğundan verilən məlumata görə, İranın "Kiş Air" aviaşirkəti həftənin çərşənbə axşamı və çərşənbə günləri uçuşları "Boinq - MD" markalı təyyarələrlə təşkil edəcək. Məlumatı anspress.com saytı da təsdiq edib.
İki tərəfə biletlərin qiyməti təxminən 130-140 manat arasında müəyyən olunub.
Xatırladaq ki, ötən ilin payızından başlayaraq Təbriz-Bakı-Təbriz istiqamətində sərnişin təyyarələrinin çarter uçuşları həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB