Laçından olan məcburi köçkün ailələri Ağcabədidə inşa edilmiş 552 evlik yeni qəsəbəyə köçürülür.
SİA-nın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, uzun ilərdi ki, çətin şəraitdə məskunlaşan məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırlıb. Ağcəbədin "Taxta körpü" adalan ərazisində inşa edilmiş yeni qəsəbəyə 552 qaçqın ailələrin köçürülməsinə başlanıb. Yeni evlərlə təmin edilmiş məcburi köckünlər onlara göstərilən diqqət və qayğından razıdılar.
Qeyd edək ki, 552 evldən ibarət olan yeni qəsəbə 111 hektar ərazidə yerləşir. Yaşayış massivində 2 yanğınsöndürmə deposu, 1 inzibati bina, 260 yerlik orta məktəb, 2 ədəd 500 kubmetrlik su anbarı, qəsəbənin içməli su ilə təchiz olunması üçün Yuxarı Qarabağ kanalından çəkilmiş su xətti, sutəmizləyici qurğular və digər zəruri infrastrukturlar tikilərək istifadəyə verilib. Qəsəbə təbii qazla da təmin olunub.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB