SİA-nın verdiyi məlumata görə, Pak Hi Te hava limanında jurnalistlərə KRMA-nın sədri kimi Azərbaycana ilk dəfə gəldiyini deyib: "Bu il Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 20 ili tamam olur. Səfərimin məqsədi bu yubileyi qeyd etmək və münasibətlərimizi daha da inkişaf etdirmək üçün məsləhətləşmələr aparmaqdır".
Pak Hi Te hər iki xalqın eyni kökdən olduğunu bildirərək qeyd edib ki, necə ki, Azərbaycan Türkiyəni qardaş bir ölkə kimi qəbul edir, biz də Türkiyəni qardaş ölkə kimi qəbul edirik. Bu isə həm də onu göstərir ki, biz özümüzdə qardaş ölkələrik. Azərbaycanın zəngin təbii ehtiyatları, Koreyanın müəyyən iqtisadi nailiyyətləri vardır. Ümid edirik ki, bizim əlaqələrimiz, ikitərəfli münasibətlərimiz daha da genişlənəcəkdir.
Qonaq ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB