Sumqayıt Şəhər Polis İdarəsi və polis bölmələri yoxlanılıb

Sumqayıt Şəhər Polis İdarəsi və polis bölmələri yoxlanılıb
Sumqayıt Şəhər Polis İdarəsi və polis bölmələri yoxlanılıb. SİA-nın verdiyi məlumata görə, yoxlama işlərini Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri aparıb.

Qrup üzvləri Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına, həmin idarənin 1, 2 və 3-cü polis bölmələrinə, habelə Abşeron Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasına baş çəkiblər. MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Qrupunun üzvləri sözü gedən müvəqqəti saxlanma təcridxanalarının və polis bölmələrində saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olublar. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə