Məcburi köçkünlər üçün 423 ailəlik yeni qəsəbə tikilir

Məcburi köçkünlər üçün 423 ailəlik yeni qəsəbə tikilir
Şəkidə məcbiri köçkünlər üçün 423 ailəlik yeni qəsəbənin tikintisinə başlanılıb. Rayonunun Baltalı kəndi yaxınlığında, Kiş bələdiyyəsinə məxsus ərazidə tikiləcək qəsəbədə 1, 2, 3, 4 otaqlı evlərin hər birinin 12 sot həyətyanı sahəsi olacaq. Burada yeni məktəb binası, uşaq bağçası, ambulatoriya, sosial-məişət xidməti obyektləri, inzibati bina inşa ediləcək, zəruri sosial-texniki infrastruktur yaradılacaq. Yeni qəsəbənin 2012-ci ilin avqustunda istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə