Şuranın hazırladığı qanun layihələrinə beynəlxalq ekspertlər rəy verdi

Şuranın hazırladığı qanun layihələrinə beynəlxalq ekspertlər rəy verdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ABŞ Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin MDB ölkələri üzrə vitse-prezidenti xanım Natali Burjali ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə şura tərəfindən hazırlanan "Sosial Sifariş haqqında", "Peşə Cəmiyyətləri haqqında", "İctimai İştirakçılıq haqqında" qanun layihələri və Korporativ Sosial Məsuliyyət Xartiyasının konseptual mahiyyəti və beynəlxalq təcrübədəki yeri haqqında geniş fikir mübadiləsi aparılıb. Xanım N.Burjali Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin bu sənədlərlə bağlı rəy və təkliflərini Şura sədrinə çatdırıb.

A.Quliyev qarşılıqlı əməkdaşlıq çərçivəsində sənədlər üzərində aparılan təhlilə görə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin rəhbərliyinə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə