ETSN: Qonşu ölkələrin ərazisindən Kür və Araz çaylarının çirklənməsi davam edir

ETSN: Qonşu ölkələrin ərazisindən Kür və Araz çaylarının çirklənməsi davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə apardığı monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, yanvar ayının birinci ongünlüyündə Kür çayında su sərfi dekabr ayının üçüncü ongünlüyünə nisbətən saniyədə 19 kubmetr azalaraq saniyədə 120 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri çayın Şıxlı-2 məntəqəsində, eləcə də Ağstafaçay su anbarında yol verilən qatılıq həddini keçib.

Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhrəmtəpə məntəqələrində də müşahidə olunub.

Suyun oksigen rejimi isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə