Xaçmazda üzüm bağları məhv olur

Xaçmazda üzüm bağları məhv olur

Xaçmazda üzüm yığımı qurtardıqdan sonra aqroqulluq davam edir. Məhsul bol olsa da, üzümün keyfiyyəti təsərrüfatçıları qane etmir. Fermerlərin sözlərinə görə, gəlirli sahə sayılan üzümçülükdən artıq üçüncü ildir ki, yaxşı mənfəət əldə edə bilmirlər. Yeni-Həyat qəsəbəsindəki 1500 hektar üzüm bağlarından 243 hektar üzüm bağı qalıb. Qalan sahələr boş qalıb.

Son illər rayonda üzümçülüyə maraq yenidən artıb. Yığılan məhsulun keyfiyyəti aşağı olduğundan onun 40 faizi itkiyə gedir. Məhsulun keyfiyyətinin aşağı olması alıcı qabiliyyətinə də öz mənfi təsirini göstərdiyini bildirib.

Fermerlər yetişdirdikləri məhsulu nəinki xarici bazara çıxara bilmir, onu hətta daxili bazarda belə satmağa çətinlik çəkirlər. Bu üzdən yığılan məhsulun əsas hissəsi rayonda yeganə olan üzüm emalı müəssisə təhvil verildiyini bildirib.

Hazırda Xaçmazın Yeni-həyat qəsəbəsində 243 hektar sahədə üzüm becərilir. Vaxtilə isə rayonda 1500 hektar üzüm bağı olub. Qəsəbənin icra nümayəndəsi Güləddin Sədiyev bildirib ki, vaxtıilə bağ sahələri çox idi, indi isə üzüm bağlarına maraq azalıb. Aqroxidmətlərə gəldikdə isə üzüm bağlarına baxmaq çətindir. 243 hektar üzüm bağları verdiyi məhsulu qəsəbədəki "Xaçmaz Şərab ASC" qəbul edir. O isə istədiyi qiyməti qoyaraq alıcılardan alır. Bu isə bağbanlara sərf etmir.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə