Azərbaycan Dövlət Neft Fondunun binasını Belçika şirkəti tikəcək
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yeni ofis binasının tikintisi üçün baş podratçı şirkət müəyyənləşib.
SİA-nın ARDNF-ə istinadən verdiyi məlumata görə, fondun müasir tələblərə uyğun, "A" sinifli binasının tikintisi üçün baş podratçı şirkətin müəyyənləşdirilməsi məqsədilə təkliflər sorğusu üsulu ilə keçirdiyi satınalma müsabiqəsinin nəticəsinə əsasən, Belçikanın "N.V. Besix S.A." şirkətinin 84,916 mln. avro məbləğində qiymət təklifi qəbul edilib. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb.
ARDNF-in yeni ofis binası Bakı şəhərinin Nizami rayonu ərazisində, Heydər Əliyev prospekti boyunca yaradılan yeni inzibati mərkəzdə tikiləcək. Nazirlər Kabinetinin 2009-cu il 29 dekabr tarixli sərəncamı ilə Nizami rayonu, 6-cı Köndələn küçəsi,2 ünvanında ayrılmış torpaq sahəsi yeni inzibati binanın tikintisi üçün Dövlət Neft Fondunun daimi istifadəsinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB