Ağcəbədin taxta körpü adalan ərazisində inşa edilmiş yeni qəsəbəyə Laçından olan məcburi köçkün ailələrinin köçürülməsinə başlanıb. Qeyd edək ki, 552 evldən ibarət olan yeni qəsəbə 111 hektar ərazidə yerləşir. Yaşayış massivində 2 yanğınsöndürmə deposu, 1 inzibati bina, 260 yerlik orta məktəb, 2 ədəd 500 kubmetrlik su anbarı, qəsəbənin içməli su ilə təchiz olunması üçün Yuxarı Qarabağ kanalından çəkilmiş su xətti, sutəmizləyici qurğular və digər zəruri infrastrukturlar tikilərək istifadəyə verilib. Qəsəbə təbii qazla da təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB