Monitorinq qrupu şəhərdə mövcud olan qəzet köşklərində mütəmadi reydlər təşkil edəcək
Qəzet satışı ilə bağlı müəyyən problemlər mövcuddur. Hətta 2005-2006-ci ildə şəhərin mərkəzində olan stendlərin götürülməsi məsələsi də gündəmdə idi. Bu məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası lazımi qurumlara müraciət ünvanlayıb. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov qəzet köşklərində bir sıra ərzaq məhsullarının satışına münasbitə bildirərkən deyib: " Son müraciətdən biri Bakı şəhər İcra Hakimiyyətinə olub. Bizim monitorinq qrupu şəhərdə mövcud olan qəzet köşklərində mütəmadi reydlər aparacaq. Aparılan monitarinqlər nəticəsində bəlli olacaq ki, həmin köşklərdə nələr satılır və bu köşklərin qəzet üçün nəzərdə tutulub-tutulmaması müəyyənləşdiriləcək. Bizə daxil olan məlumata görə, həmin köşklər bunu bir növ gəlirin az olması ilə izah ediblər. Hesab edirəm ki, Azərbaycanda kitaba, jurnala maraq artıqca bu məhsulların xüsusilə tütün məhsullarının satışının qarşısı alınacaq" –deyə sədr bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB