Əflatun Amaşov: “Jurnalistlərin nəqliyyat vasitlərindən pulsuz istifadə etməsi məsələsi gündəmdədir” - MÜNASİBƏT
\"Jurnalistlərin nəqliyyat vasitlərindən pulsuz istifadə etməsi məsələsi xeyli müddətdir ki, Mətbuat Şurasının (MŞ) gündəmindədir. Biz bu məsələlərlə bağlı dəfələrlə müvafiq qurumlar və lazımi təşkilatlarla müzakirələr aparmışıq\". Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.
"Təcrübə onu göstərir ki, jurnalist hansısa redaksiyada çalışırsa, həmin redaksiya jurnalisti mənzillə, maddi gəlirlə, eləcə də onun sosial qayğılarını təmin etməlidir. Təssüflər olsun ki, Azərbaycanda bu təcrübədən istifadə olunmur. Buna da əsas səbəb redaksiyaların əksəriyyətinin maddi vəziyyətinin qeyri-qənaətbəxş olmasıdır", - Mətbuat Şurasının sədri deyib.
Sədr müəyyən müddət ərzində bunun tətbiq olunduğunu qeyd etdi: "Müəyyən zaman kəsiyində bir qrup insanlar, eləcə də jurnalistlər nəqliyyat vasitələrindən pulsuz istifadə edirdilər. Məhz son illərdə həmin qrup insanlara nəqliyyatdan pulsuz istifadə etmək güzəşti aradan qaldırıldı. Hazırda bu məsələlər Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasınin rəhbərliyi tərəfindən müzakirə edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB