Şahdağ Qış-Yay Turizm kompleksinin yaxınlığındakı evlər köçürülüb

Şahdağ Qış-Yay Turizm kompleksinin yaxınlığındakı evlər köçürülüb

Qusarda inşa olunan Şahdağ Qış-Yay Turizm kompleksinin yaxınlığındakı evlər köçürülüb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Şahdağ Qış-Yay Turizm Kompleksinin tikinti sahəsinə düşən Kuzun kənd sakinlərinin evləri başqa əraziyə köçürülüb. Rayon Turizim şöbəsindən bildiriblər ki, kompleksin tikintisi zamanı əraziyə düşən evlərin əvəzinə müasir standartlara cavab verən evlər inşa olunub. Kuzun kəndindəki 24 ailədən artıq 18 ailə həmin evlərdə yerləşdirilib. Qeyd edək ki, daha 6 ailə isə yaxın zamanlarda köçürüləcək. Əgər tikintiyə mane olan kəndlər olarsa, onların da köçürülməsinə başlanılacaq.


Emin Kərimov



Bütün xəbərlər Facebook səhifəmizdə