TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Qazaxıstanda keçiriləcək seçkiləri müşahidə edəcək
Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Müşahidəçilər Missiyası 15 yanvar 2012-ci il tarixində Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəkdir. SİA-nın xəbərinə görə, missiyanın tərkibinə Azərbaycan və Türkiyə parlamentlərinin millət vəkilləri, həmçinin TÜRKPA Baş katibinin rəhbərliyi altında Katibliyin əməkdaşlarından ibarət nümayəndə heyəti daxildir.
TÜRKPA müşahidəçilər missiyası seçkiqabağı hazırlıq prosesini və seçkiləri Almatı şəhərində izləyəcəkdir.
Səfər çərçivəsində müşahidəçilərin Almatı Şəhər Akimatının (İcra Hakimiyyətinin) başçısı, "Nur Otan" və "Ak Jol" partiyaların nümayəndələri ilə görüşünün keçiriləcəyi də nəzərdə tutulub.
Qeyd edək ki, Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyasında 8 partiyadan 386 namizəd qeydiyyatdan keçib.
Müşahidəçilər seçki günü Almatı şəhərinin seçki məntəqələrində olacaq, orada səsvermənin müxtəlif mərhələlərini (məntəqələrin açılmasından başlamış, seçicilərin səslərinin hesablanmasına və seçkilərin nəticələrinin müəyyən edilməsinə qədər) izləyəcəklər.
Növbədənkənar parlament seçkilərindən sonra TÜRKPA müşahidəçilər missiyasının seçkilərin nəticələrinə dair yekun rəyi keçirilməsi nəzərdə tutulan mətbuat konfransında ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
Bu, TÜRKPA-nın sayca 6-cı seçki müşahidəsi olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB