Nəqliyyatı intellektual idarəetmə layihəsinin ikinci mərhələsi çərçivəsində marşrut avtobuslarında onlayn bilet satışına başlanılacaq. SİA-nın məlumatına görə, hazırda nəqliyyatı intellektual idarəetmə layihəsinin birinci mərhələsi həyata keçirilir. Marşrut avtobuslarında onlayn bilet satışının tətbiqinə isə ikinci mərhələdə start veriləcək.
Qeyd edək ki, nəqliyyatı intellektual idarəetmə layihəsi çərçivəsində indiyədək ümumilikdə 4 min 86 avadanlıq quraşdırılıb. Bunların da 2 min 96-sı avtobuslardadır.
Xatırladaq ki, ötən il dekabrın 29-da Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi istifadəyə verilib. Mərkəzin fəaliyyətinin əsas məqsədi paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB