Kamilə Əliyeva: "Elm və təhsilin inkişafı ilə bağlı qəbul olunan proqramlar həm təhsilin bu günü, həm də sabahı üçün olduqca vacibdir"
"Arxada qoyduğumuz ildə ölkəmizin təhsil sistemində müsbət inkişafa nail olundu. Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin elm və təhsilin inkişafı ilə bağlı imzaladığı sərəncamlara əsasən ölkəmizdə bu istiqamətdə mühüm proqramlar həyata keçirilir. Düşünürəm ki, bu dövlət başçısı tərəfindən ölkəmizdə təhsilə, elmə göstərilən diqqət və qayğı kimi qiymətləndirilməlidir. Düşünürəm ki, bu proqramlar təhsilimizin, elmimizin inkişafına xidmət edir. Bu proqramların məzmunu həm təhsilin bu günü, həm də sabahı üçün olduqca vacibdir".
SİA-nın verdiyi məlumata görə, bunu yap.org.az saytına Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib. Onun sözlərinə görə, 2015-ci ilə qədər 5000 azərbaycanlı gəncin xarici ölkələrdə təhsil alması təhsilimizin gələcək inkişafının qarantıdır: "Bu, həm də ölkəmizdə kadr potensialının yetişdirilməsinə ölkə başçısının göstərdiyi diqqət və qayğıdır. Bundan başqa təhsilin maddi-texniki bazasının yüksəldilməsi, tədris metodiki təminatının formalaşmasına, kadr potensialının yüksəlməsi istiqamətində mühüm addımlar atılır. Əminəm ki, Azərbaycan gəncliyi dövlət tərəfindən yaradılan bu imkandan və şəraitdən maksimum istifadə edərək öz təhsillərini təkmilləşdirmək istiqamətində çalışacaqlar. Bu gün ölkəmizdə Avropa standartlarına uyğun təhsil sisteminin formalaşdırılması gənclərin xaricdə təhsil almasına yaxından kömək göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB