Yanvarın 20-də ölkədə gediş-gəliş pulsuz olacaq

Yanvarın 20-də ölkədə gediş-gəliş pulsuz olacaq

Qanlı 20 Yanvar faciəsi ilə əlaqədar şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq. "Azərbaycan Dəmir Yolları" QSC-dən SİA-ya verilən məlumata görə, bununla əlaqədar tədbirlər planı hazırlanıb. Həmin plana əsasən 20 yanvar 2012-ci ildə saat 06:00-dan 23:00-dək Abşeron şəhərətrafı zonada hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək. Yanvarın 20-si saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə