"Təhlükəsiz Yol" Alyansının təsis yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, alyansın yaradılmasının səbəbi ölkədə ötən il ərzində yol qəzalarının və yol qəzaları qurbanları sayının hədsiz dərəcədə artması, yol qəzalarının ölkədə çox ciddi bir problemə çevrilməsi və problemin həllinə vətəndaş cəmiyyəti qurumlarının təxirəsalınmaz müdaxiləsi zərurəti olub.
Təsis yığıncağında problemin ciddiliyi ətraflı müzakirə edilib, vətəndaş cəmiyyəti sektorunun bu sahədə dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığının vacibliyi və sair bu kimi mühüm məsələlər müzakirə edilib. Qeyd edilib ki, ölkədə ictimai təşkilatların belə ciddi problemlərə reaksiya verməsi təqdirəlayiq hal olsa da, aidiyyatı dövlət qurumları ilə yanaşı sırf bu sahədə fəaliyyət göstərən QHT-lər və QHT birliklərinin bu günədək bu sahədə heç bir konkret proqram və layihələr həyata keçirməmələrinin nəticəsidir ki, bu gün Azərbaycanda 1000-dən artıq insan yol qəzası qurbanı olub.
Yığıncaqda qərara alınıb ki, alyansın və fəaliyyət proqramının təqdimatı, fəaliyyətə başlaması ilə bağlı ictimai müzakirənin təşkili məqsədi ilə dəyirmi masa keçiriləcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB