“Azerbaijan 2011 - age 20, 11 youth” adlı filmin təqdimatı olub

“Azerbaijan 2011 - age 20, 11 youth” adlı filmin təqdimatı olub

"İRƏLİ" İctimai Birliyi Azərbaycanın müstəqilliyinin 20-ci il dönümünə həsr olunan "Azerbaijan 2011 - age 20, 11 youth" adlı filmini təqdim edib. SİA-nın xəbərinə görə, filmin süjet xətti fəal gənclər tərəfindən Azərbaycanın müstəqilliyinin 20 ili ərzində baş verən hadisələrin dəyərləndirilməsi üzərində qurulub. Şərti olaraq "Təhsil", "Gənclərin fəaliyyəti", "Tolerantlıq", "Turizm" və "Bakı" adlı 5 hissədən ibarətdir.

Film bütünlüklə "İRƏLİ" Prodakşn tərəfindən hazırlanıb. Filmin ideya müəllifi Rauf Mərdiyev, rejissorları Elvin Abdullayev və Orxan Muxtarlıdır. "Azerbaijan 2011 - age 20, 11 youth" film ingilis dilindədir və daha çox xarici auditoriya üçün nəzərdə tutulub. Filmin DVD versiyası diplomatik korpus nümayəndəliklərinə, dövlət və biznes qurumlarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə