Gənclər üçün Təhsil Mərkəzi qalib oldu

Gənclər üçün Təhsil Mərkəzi qalib oldu

Bir ay bundan öncə gənclər təşkilatlarının sorğusu keçirilib. SİA-nın xəbərinə görə, əsas məqsədi 2011-ci ildə ən effektiv fəaliyyət göstərən gənclər təşkilatını müəyyən etmək olan sorğuya 10 QHT-nin adı daxil edilib.

Bu günlərdə bitən sorğuda ümumilikdə 2122 internet istifadəçisi iştirak edib. Sorğunun nəticələrinə əsasən 40 faiz səslə Gənclər üçün Təhsil Mərkəzi qalib olub. Digər təşkilatlardan ikinci yeri 27,8 faizlə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, üçüncü yeri isə 15 faiz səslə AİESEC-Azərbaycan Təşkilatı tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə