Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin toplantısı keçirilib - FOTOSESSİYA
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin toplantısı olub. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ötən il Azərbaycanın əldə etdiyi uğurlardan danışıb. Əli Əhmədov qeyd edib ki, Azərbaycan 2012-ci ilə böyük ümidlərlə qədəm qoyub: "2011-ci ildə əldə etdiyimiz uğurlar, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləri 2012-ci ildə də davam etdiriləcək. Biz inanırıq ki, bu il də daha böyük uğurlar əldə olunacaq. Azərbaycanın iqtisadiyyatından tutmuş, həyatımızın bütün sahələrinə qədər hər bir sferada nailiyyətlər qazanılacaq, insanlarımızın rifahı daha da yaxşılaşacaq. Beynəlxalq aləmdə Azərbaycanın mövqeləri daha da möhkəmlənəcək".
Yeni Azərbaycan Partiyasının rəsmisi eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində 2012-ci ilin əlamətdar bir il olacağını diqqətə çatdırıb: \"Böyük ümidlərimiz var ki, bu il Ermənistan, Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında sahəsində də əlamətdar bir ilə çevriləcək. Nəhayət ki, bu münaqişənin çoxdan gözlədiyimiz həlli reallığa çevriləcək".
2011-ci ilin Yeni Azərbaycan Partiyası üçün də uğurlu olduğunu deyən YAP-ın icra katibi vurğulayıb ki, ötən il eyni zamanda Yeni Azərbaycan Partiyasının gəncləri bir çox maraqlı layihələr həyata keçiriblər: "Bu layihələrin həyata keçirilməsi partiyanın ölkənin ictimai-siyasi həyatında mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın ictimai-siyasi proseslərinin istiqamətləndirilməsində Yeni Azərbaycan Partiyasının rolu daha da artıb".
Əli Əhmədov Partiyanın Gənclər Təşkilatının beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində də çox ciddi layihələr həyata keçirdiyini diqqətə çatdırıb: "Bir sıra ölkələrin partiyalarının gənclər qolu ilə əlaqələr qurulub. Yeni Azərbaycan Partiyası gənclərinin həmin partiyaların dəvəti ilə xarici səfərləri olub. Eyni zamanda YAP Gənclər Birliyinin dəvəti ilə müxtəlif ölkələrin partiyalarının gənclərdən ibarət nümayəndələri Azərbaycanda olublar, müəyyən layihələr həyata keçiriblər. Bütün bunların hamısı ondan xəbər verir ki, 2011-ci il Gənclər Birliyi üçün uğurlu olub. Güman edirəm ki, biz Gənclər Birliyinin yeni ofisinin istifadəyə verilməsinin də ötən ilin Yeni Azərbaycan Partiyasının gəncləri üçün uğurlu il olduğunun ifadəsi kimi qeyd edə bilərik".
Daha sonra tədbir davam etdirilib. Toplantıda 2012-ci ildə gənclərin həyata keçirəcəkləri layihələr müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB