Qanlı 20 yanvar faciəsinin 22-ci ildönümü yaxınlaşır. Şəhidlər Xiyabanını ziyarət edənlərin gediş-gəliş rahatlığını təmin etmək üçün artıq hazırlıq işlərinə start verilib. SİA-nın məlumatına görə, hazırlıq işləri isə tam şəkildə Bakı şəhər İcra Hakimiyyəti və onun strukturları tərəfindən həyata keçirilir. SİA-nın xəbərinə görə, bununla belə abadlıq işlərinə Səbail rayon İcra Hakimiyyətinin texniki və təsərrüfat xidmətinin işçiləri də cəlb olunub.
Hər il olduğu kimi, bu il də ziyarətçilərin sayının çox olacağı gözlənilir. Yanvarın 20-də respublikada bayraqlar endiriləcək, avtomobillərin hərəkəti dayandırılacaq, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Səbail rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri İsrafil Kərimov ziyarət edən insanların məzarlar və əbədi məşəl kompleksinə əklillər qoyduqdan sonra hərəkətlərinin asanlaşdırılması üçün abidəyə aparan pilləkanlarda eskalatorun quraşdırılacağını bildirdi: "Burada əsas məqsəd insanların həmin günü güclü axınının nəzərə alınması və qoca, yaşlı insanların ziyarətə sərbəst şəkildə gəlmələrinin təmin edilməsidir".
Şöbə müdiri həmçinin abidə kompleksi önündə 3 istiqamətdə yeraltı keçid inşa olunacağını və bu işlərin mart ayına kimi başa çatdırılacağını sözlərinə əlavə etdi. Xatırladaq ki, hər il faciənin il dönümündə Bakı Şəhər Dövlət Yol Polisi Şəhidlər Xiyabanına aparan yolları bağlayır. Bakı Metropolitenində isə günorta saatlarınadək gediş haqqı pulsuz olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB