İlqar Rəhimov: “Neqativ hallara qarşı mexanizmin özünün təkmilləşdirilməsinə ehtiyac var”
"Azərbaycanda tətbiq edilən ünvanlı sosial yardım mexanizminin həyata keçirilməsində xeyli dövlət məmuru iştirak edir və bu münasibətlərdə vətəndaşlarla hansısa əməkdaşlıqlar olur. Vətəndaşlardan daxil olan ərizə və şikayətlərin təhlili göstərir ki, müəyyən hallarda neqativ hallar da baş verir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib. O bildirib ki, nazirlik hər zaman neqativ hallara qarşı inzibati metodlarla mübarizə aparır. Ağır olduğu halda hüquq-mühafizə orqanlarına müraciət edildiyini deyən nazir müavini hesab edib ki, bu hallara qarşı inzibati metodlarla mübarizə kifayət qədər mümkün deyil, mexanizmin özünün təkmilləşdirilməsinə ehtiyac var. Onun sözlərinə görə, alternativ mexanizm və ya buna oxşar digər qaydaların tətbiqi kompleks şəkildə bu məsələlərin tam şəffaflığına gətirib çıxaracaq.
"Ödənişlərin alınması üçün müəyyən qədər sənədlər toplusu tələb olunur. Bu sənədlər toplusu bir çox hallarda bizim nazirlikdən asılı olmur və vətəndaşlar məcbur olaraq digər qurumlara müraciət edirlər. Təbii ki, onlarda da belə neqativ hallar baş ver bilər və ya verirdə. Bunları da aşkar edərək müvafiq orqanlara məlumat veririk. Amma hesab edirəm ki, o sahədə də yeniliklər baş verməlidir. Əgər mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətlərə, alternativ müraciətlərə üstünlük verirlərsə, təbii ki, onların yerlərdəki qurumları da bu məsələdə aktiv olmaldıır. Beləliklə, ancaq kompleks yanaşmada bu məsələlərin həllinə nail ola bilərik", - deyə İ.Rəhimov qeyd edib.
Nazir müavini vurğulayıb ki, bu ilin əvvəllərindən 25 rayonda tətbiq edilməsi planlaşdırılır. Onun fikrincə, ilin sonuna kimi bütün ölkəni əhatə etmək mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB