Bərdədə yol polisi sərxoş sürücülərə qarşı reyd keçirib

Bərdədə yol polisi sərxoş sürücülərə qarşı reyd keçirib

Bərdədə sürücülərə qarşı yol polisinin reydləri davam edir. Rayonda gecə saatlarında polisin keçirdiyi reyd zamanı xeyli sayda sərxoş sürücü saxlanılıb.

Özlərini idarə edə bilməyən sürücülər polisə tabe olmayaraq müqavimət göstəriblər.

Bəzi sürücülər isə çıxış yolu kimi polisin "dayanmaq" əmrinə tabe olmayaraq qaçmağa üstünlük verib.

Qeyd edək ki, reyd zamanı sürücülərin sürücülük hüququ olmadan sükan arxasına keçdiyi aşkarlanıb. Bu sürücülərə qarşı protokollar yazılıb və cərimələr tətbiq edilib.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə