ÜSY üçün alternativ müraciət mexanizmlərinin tətbiqi işləri 14 regionda davam etdiriləcək
Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqi işləri cari ilin əvvəlindən Bakı və respublikanın 14 şəhər və rayonunda davam etdiriləcək. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib. O bildirib ki, keçən ilin avqustun başlayaraq Balakən və Cəlilabad rayonlarında pilot şəklində alternativ müraciət mexanizmləri sınaqdan keçriilməyə başlanıb. Onun sözlərinə görə, alternativ müraciət mexanizmi üvanlı sosial yardım proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimumlaşdırılması, qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması, o cümlədən göstərilən xidmtəin səmərəlişiuinin daha da artırılması məqsədilə yaradılıb.
"Balakən və Cəlilabadda aparılan sınaqlar göstərdi ki, bu mexanizmin yox yüksək tərəfləri var. Sadəcə hələlik vətəndaşların elektron müraciət etməsinə çox böyük imkan yoxdur. Bunun üçün digər bir istisna kimi poçt vasitəsilə müraciətlərin qəbuluna imkan yaradılıb. Sınaqlar göstərib ki, bu çox müsbət təcrübədir. Alternativ müraciətin coğrafiyasının daha da genişləndirilmsəi və ən azı bütövlükdə Bakını əhatə etməklə ən azı 25 rayonu əhatə edilməsi nəzərdə tutulur. İnanırıq ki, 2012-ci ilin əvvəlindən başlayaraq tətbiq eidlən yeni qaydalar öz müsbət nəticəsini verəcək", - deyə nazir müavini əlavə edib.
İ.Rəhimov qeyd edib ki, digər yeniliklərdən biri də vətəndaşlara sms xidmət göztərilməsi planlaşdırılır. Onun sözlərinə görə, bunun üçün lazımi dövlət qurumları ilə danışıqlar aparılır və lazımi işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB