“ABC News” kanalı Dağlıq Qarabağı səyahət üçün məsləhət görülən yerlər siyahısından çıxarıb
"ABC News" kanalı "2012-ci ildə səyahət etməli 7 əsrarəngiz yer" məqaləsindən Dağlıq Qarabağın adını çıxarıb. SİA-nın "Asbarez"ə istinadən verdiyi xəbərə görə, "2012-ci ildə səyahət etməli 7 əsrarəngiz yer" məqaləsindən Dağlıq Qarabağın adını çıxarılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin ABŞ-dakı səfirliyinə göstəriş verib.
Bunun nəticəsi olaraq "ABC News" kanalı Dağlıq Qarabağın müharibə zonası və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisi olması barədə məlumatlandırılıb və kanal yanvarın 10-da Dağlıq Qarabağı səyahət üçün məsləhət görülən yerlər siyahısından çıxarıb. İndi həmin məqalə "2012-ci ildə səyahət etməli 6 əsrarəngiz yer" adlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB