Vergi cinayətlərinə görə 524 cinayət işi qaldırılıb

Vergi cinayətlərinə görə 524 cinayət işi qaldırılıb

2011-ci il ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 524 cinayət işi başlanlb. Onlardan 367-nin ibtidai istintaqı tamanıb, 50 iş ittiham aktı ilə baxılmaq üçün məhkəmələrə göndərilib, 317 işin icraatına xitam verilib, 3 cinayət işi aidiyyəti üzrə digər hüquq-mühafizə orqanlarına göndərilib. Qurumdan SİA-ya verilən məlumata görə, ibtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 39 iş, qanunsuz sahibkarlığa görə 8 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 2 iş, özgə əmlakını mənimsəmə və vəzifə saxtakarlığına görə 1 iş olmaqla cəmi 50 nəfər barəsində 59 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 208 cinayət işinə xitam verilib. Cinayət işləri və araşdırılan materiallar üzrə 41,8 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Vergi yoxlamalarından yayınan 280 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim olunub.Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə