Bu gün hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman və çiskin olacağı, gecəyə doğru isə az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman və çiskin olacağı, axşam bəzi rayonlarda yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.


Hava şəraitinin qısa icmalına gəlincə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun 8-13 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə