ABŞ-da yaşayan azərbaycanlılar Qanlı Yanvar faciəsinin 22-ci ildönümünü qeyd edirlər

ABŞ-da yaşayan azərbaycanlılar Qanlı Yanvar faciəsinin 22-ci ildönümünü qeyd edirlər

ABŞ-da yaşayan azərbaycanlılar 20 Yanvar hadisələrinin 22-ci ildönümünü qeyd edirlər.

SİA azertag.com saytına istinadən xəbər verir ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) yeni kampaniyaya start verib. Təşkilatçıların sözlərinə görə, ötən il belə kampaniyaların gedişində bəzi ABŞ KİV-lərində məqalələr yerləşdirilib, bəyanatlar verilmiş, parlamentdə qətnamə qəbul edilib.

ABŞ-ın rəsmi şəxslərinə ünvanlanmış məktublarda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan sovet qoşunları tərəfindən işğal edilib. Vətəndaş müqaviməti fevraladək davam edib. Nəticədə 170 adam qətlə yetirilib, 321 nəfər itkin düşüb, 700-dən çox adam yaralanmış, yüzlərlə insan həbs edilib.

Məktublarda deyilir: "Bu faciə öz amansızlığı ilə yaddaşlara həkk olunmuşdur. 20 ildən çox keçməsinə baxmayaraq, yanvarın 20-də milyonlarla azərbaycanlı və Azərbaycanın dostları Bakıdakı Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsini anırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə