Ehtiyatda olan zabitlər prezidentin fərmanı ilə bağlı tədbir keçiriblər
Bu gün Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin təşəbbüsü ilə prezident İlham Əliyevin Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ötən il dekabrın 28-də imzaladığı fərmanla bağlı toplantı keçirilib. SİA-nın məlumatına görə, tədbirin açılışı zamanı hərbçilərə göstərdiyi qayğıya görə, dövlət başçısına təşəkkür ünvanlayan Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli bu addımı yüksək qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, belə bir fərmanın verilməsi müsbət haldır və bu hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi üçün prezident tərəfindən verilən töhfə kimi qəbul olunur. Yaşar Cəfərli qeyd edib ki, sözügedən fərman hərbi qulluqçuların bir qisminin mənzillə təmin olunması üçün əsas verəcək.
Tədbir iştirakçıları ümid ediblər ki, yaxın zamanlarda mənzil problemləri tamamilə həll olunacaq.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB